Ailə ilə birlikdə film izləmək həm maraqlı vaxt keçirməyin, həm də unudulmaz xatirələr yaratmağın ən gözəl yollarından biridir. Bu kateqoriyada olan filmlər dostluq, sevgi, cəsarət və ailə dəyərləri kimi vacib mövzuları izləyiciyə çatdırır.
Lent.az həm uşaqların, həm də böyüklərin maraqla izləyə biləcəyi ailə filmlərini təqdim edir.
"Paddington in Peru" (2025)
Filmdə sevimli ayı Paddinqton Braun ailəsi ilə birlikdə Peruya yollanır. Səfərin məqsədi bibisi Lüsini ziyarət etmək olsa da, hadisələr gözlənilmədən maraqlı macəraya çevrilir.
Qəhrəmanlar Amazon cəngəlliklərində qədim sirlərin izinə düşür, müxtəlif təhlükələrlə üzləşir və bir-birindən maraqlı hadisələr yaşayırlar.
"My Penguin Friend" (2024)
Real hadisələr əsasında çəkilən filmdə balıqçı neftlə çirklənmiş pinqvini xilas edir və ona qulluq göstərir. Zaman keçdikcə onların arasında möhkəm dostluq yaranır. Pinqvin hər il xilaskarının yanına qayıdaraq sədaqətin sərhəd tanımadığını sübut edir.
"How to Train Your Dragon" (2025)
Film uzun illər əjdahalarla mübarizə aparan vikinqlərin dünyasında cərəyan edir. Qəbilə başçısının oğlu əjdaha ilə dostlaşır və anlayır ki, əjdahalar düşündükləri qədər təhlükəli deyil. Onların dostluğu bütün qəbilənin taleyini dəyişir.
"Lilo & Stitch" (2025)
Havay adalarında yaşayan balaca Lilo bir gün sığınacaqdan qəribə görünüşlü it götürür. Sonradan məlum olur ki, o, əslində Stiç adlı yadplanetlidir. Aralarında yaranan dostluq Stiçə ailənin, sevginin və qayğının əsl mənasını öyrədir.
"Wicked" (2024)
Süjet Elfabə və Qlinda adlı iki fərqli qızın əvvəlcə rəqib, sonra isə yaxın dost olmasından bəhs edir. Film dostluq, seçim etmək və insanın özünü qəbul etməsi kimi mövzuları ön plana çıxarır.
"Snow White" (2025)
Şahzadə Piss Kraliçanın təqibindən qaçaraq sehrli meşəyə sığınır. Burada qazandığı dostların köməyi ilə o, ədalət uğrunda mübarizə aparır və öz gələcəyini qurmağa çalışır.
"Freakier Friday" (2025)
İllər sonra sehr yenidən qəhrəmanların həyatına qayıdır. Bədənlərin dəyişməsi bir-birindən gülməli hadisələrə səbəb olur. Eyni zamanda ailə üzvləri bir-birini daha yaxşı anlamaq və münasibətlərini möhkəmləndirmək imkanı əldə edirlər.
"Harold and the Purple Crayon" (2024)
Haroldun sehrli bənövşəyi karandaşı ilə çəkdiyi hər şey gerçəyə çevrilir. O, real dünyaya düşəndə isə xəyal gücü gözlənilməz problemlər yaradır. Yeni dostları ilə birlikdə Harold həm maraqlı macəralar yaşayır, həm də bu qeyri-adi hədiyyədən məsuliyyətlə istifadə etməyi öyrənir.
film ailə maraqlı
Mənbə: lent.az