IMG-LOGO

Hadisə yenə məhkəmələrdə

03 Jul 2026 10:43 2 baxış
IMG
4 0

Türkiyəli müğənni Hadise onun haqqında səsləndirdiyi fikirlərə görə, həmkarı Umut Akyürek barəsində 60 min lirə məbləğində mənəvi təzminat iddiası qaldırıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Umut Akyürek qızı Melek Balın babasının dəfn mərasimində paylaşdığı videodan sonra verdiyi açıqlamada Hadisə və Gülşenni sərt tənqid edib.

O, "Hadisə və Gülşən kimi populyar mədəniyyət fiqurlarını ölənə qədər tənqid edəcəyəm. Onlar kimi alt paltarında səhnəyə çıxan qadınlar üzündən gənclik bu vəziyyətə düşüb" deyə bildirib.

Hadisənin vəkili Orhan Müezzinoğlu məhkəməyə təqdim etdiyi iddia ərizəsində Umut Akyürekin öz qızının davranışlarına görə məsuliyyəti müvəkkilinin üzərinə atdığını qeyd edib. Vəkilin sözlərinə görə, bu açıqlamalardan sonra Hadisə sosial şəbəkələrdə geniş tənqid və linç kampaniyası ilə üz-üzə qalıb.

İddia ərizəsində bildirilib ki, Umut Akyürekin açıqlamaları nəticəsində Hadisə uşaqların və gənclərin əxlaqını pozan şəxs kimi təqdim edilib, bu isə onun şəxsi və peşəkar nüfuzuna zərbə vurub. Vəkil məhkəmədən Umut Akyürekin şəxsi hüquqları pozduğunu nəzərə alaraq 60 min lirə məbləğində mənəvi təzminat ödəməsinə qərar verilməsini istəyib.

Məlumata görə, Umut Akyürekin açıqlamalarında adı hallanan Gülşən də onun barəsində mənəvi təzminat iddiası qaldırıb.

 

Hadisə Umut Akyürek Gülşən Melek Bal məhkəmə mənəvi təzminat Türkiyə şou-biznesi qalmaqal məşhurlar iddia məhkəmə işi xəbər

Mənbə: lent.az

Xəbər lenti