"Mançester Siti"nin hücumçusu Erling Haaland "Clash of Clans" oyununa oynana bilən personaj kimi qatılıb. Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Clash of Clans oyunçuları oyunda Norveç superulduzundan istifadə edə, həmçinin Haalandın kəndini qarət edib məhv edə biləcəklər. Bu diqqət çəkici tərəfdaşlığın maraqlı tərəfi ondan ibarətdir ki, Clash of Clans üçün təklifi məhz Haaland özü verib. 10 ildir ki, Clash of Clans oyunçusu və oyunun tərtibatçısı olan Finlandiyalı, Supercell ilə əməkdaşlıq yolunda ilk addımı atıb. Təbii ki, Supercell belə bir fürsəti əldən qaçırmayıb. Clash of Clans-ın baş meneceri Stuart McGaw, "Erlinq Haalandın oyunumuzun pərəstişkarı olduğunu və bizimlə ortaq olmaq istədiyini eşidəndə bu, bizə yuxu kimi gəldi" deyə bildirib.