IMG-LOGO

Güclü sel Şəkidə kəndlərin yolunu bağladı - VİDEO

27 Jun 2026 19:11 4 baxış
IMG
2 0

Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib.

Lent.az APA-ya istinadla bildirir ki, Baş Göynük və Baş Şabalıd kəndləri arasından keçən çaya sel gəlib. Güclü sel nəticəsində çaydan keçən yol su altında qalıb və hazırda yol bağlanıb. Nəticədə Baş Şabalıd kəndinin şəhər və ətraf kəndlərlə əlaqəsi kəsilib.

Cunud kəndi ilə də əlaqə kəsilib. Şəkinin Kiş kəndindən yuxarıdakı istirahət mərkəzlərinə gedən kiçik körpü də dağılmaq üzrədi.

Bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Sizin brauzer video tagını dəstəkləmir. sosial xəbərlər Şəki sel video

Mənbə: lent.az

Xəbər lenti