IMG-LOGO

Bakı–Naxçıvan reysləri ləğv olundu

27 Jun 2026 14:23 6 baxış
IMG
0 0

Azərbaycan Hava Yollarının (AZAL) 27 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.

sosial xəbərlər Bakı–Naxçıvan reysləri AZAL

Mənbə: lent.az

Xəbər lenti