IMG-LOGO

Pekində təyyarə 528 metrlik göydələnə çırpıldı - VİDEO

26 Jun 2026 18:08 4 baxış
IMG
0 0

Çinin paytaxtı Pekində kiçik idman təyyarəsi şəhərin ən hündür göydələni olan "Citic Tower" binasına çırpılıb. Hadisədən sonra bina təxliyə edilib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, təyyarə 528 metr hündürlüyündə olan binanın yuxarı mərtəbələrinə çırpılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə zərbə nəticəsində qopan hissələrin binanın ətrafındakı piyada yollarına və yaşıllıq sahələrinə düşdüyü görünür. Qəzanın insan tələfatına səbəb olub-olmadığı, həmçinin təyyarədə neçə nəfərin olduğu hələlik açıqlanmayıb.

Məlumata görə, təyyarə, "Starair Aircraft Co." şirkətinin istehsal etdiyi iki yerlik, tək mühərrikli "Sunward SA60L Aurora" yüngül idman təyyarəsidir.

Qeyd edək ki, Pekində yüngül idman təyyarələrinin uçuşu yalnız Çinin Mülki Aviasiya Administrasiyası və Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin xüsusi icazəsi ilə mümkündür. 

Sizin brauzer video tagını dəstəkləmir. hadisə Çin təyyarə qəzası

Mənbə: lent.az

Xəbər lenti