IMG-LOGO

Bakıda və 7 bölgədə hərbçilərin yürüşü keçirildi - YENİLƏNİB

26 Jun 2026 13:59 3 baxış
IMG
4 0

26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində, eləcə də Naxçıvan, Sumqayıt, Gəncə, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi orkestrlərin ifasında yürüşlər zamanı səsləndirilən hərbi vətənpərvərlik mahnıları və marşlar vətəndaşlar tərəfindən alqışlarla və rəğbətlə qarşılanıb.

*** 11:31

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakıda hərbçilərin yürüşü keçirilib.

Lent.az xəbər verir ki, yürüş şəhərin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə baş tutub.

*** 10:03

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakıda hərbçilərin yürüşü keçirilir.

Lent.az xəbər verir ki, yürüş şəhərin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə baş tutur.

Hərbi qulluqçular saat 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

I yürüş marşrutu: Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – Dəniz Vağzalı;

II yürüş marşrutu: Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı - “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

III yürüş marşrutu: Q.Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

IV yürüş marşrutu: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

V yürüş marşrutu: Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi;

Bakıdan başqa bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunur.

sosial xəbərlər Silahlı Qüvvələr Günü hərbi yürüş

Mənbə: lent.az

Xəbər lenti