IMG-LOGO

Kondisionersiz 5 dəqiqəyə otağı necə sərinləşdirmək olar?

23 Jun 2026 17:59 2 baxış
IMG
8 0

Yay istisində gecələr də otaqlarda yüksək temperatur qalır və bu, rahat yuxuya getməyi çətinləşdirir. Əksər insanlar sərinlənmək üçün kondisioner və ya ventilyatordan istifadə etsələr də, bu həm elektrik xərclərini artırır, həm də səs-küy və havanın quruması kimi problemlər yarada bilir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər bunun üçün daha sadə və qənaətli üsul təklif edirlər.

Böyük Britaniyanın "Best Heating" şirkətinin eksperti Con Lolessin sözlərinə görə, adi yaş dəsmaldan istifadə etməklə otağın temperaturunu qısa müddətdə aşağı salmaq mümkündür.

Ekspert bildirir ki, bunun üçün sadəcə pəncərəni açmaq və qarşısından soyuq su ilə isladılmış dəsmal və ya çarpayı örtüyü asmaq kifayətdir. Onun sözlərinə görə, bu üsul otaqdakı havanı nəzərəçarpacaq dərəcədə sərinləşdirə bilər.

Bu metod buxarlanma prinsipi ilə işləyir. İsti hava yaş parçanın içindən keçərkən su buxarlanır və istilik enerjisinin bir hissəsini özünə çəkir. Nəticədə otağa daxil olan hava daha sərin olur.

Bu üsuldan necə istifadə etmək lazımdır?

Mütəxəssislər aşağıdakı addımları tövsiyə edirlər:

Dəsmalı soyuq su ilə isladın və suyunu yaxşıca sıxın. Onu açıq pəncərənin qarşısından elə asın ki, hava parçanın içindən keçsin. İstəsəniz, otağın qapısından da əlavə yaş dəsmal asa bilərsiniz. Dəsmal quruduqca onu yenidən isladın.

Bu sadə üsul elektrik enerjisi sərf etmədən otağın temperaturunu müvəqqəti aşağı sala bilər və xüsusilə güclü isti havalarda daha rahat yuxuya getməyə kömək edə bilər.

kondisionersiz sərinlənmə otağı sərinlətmək yaş dəsmal

Mənbə: lent.az

Xəbər lenti