IMG-LOGO

Belçikadan Ukraynaya hava dəstəyi

27.04.2024 01:56 49 baxış
IMG

Belçika 2024-cü ilin sonuna qədər Ukraynaya F-16 qırıcı təyyarələri, hava hücumundan müdafiə sistemləri və raketləri tədarük edəcək.

Lent.az xəbər verir ki, bu barədə Belçikanın baş naziri Aleksandr De Kroo və Krallığın müdafiə naziri Ludivin Dedonder Brüsseldə keçirdiyi mətbuat konfransında bildiriblər.

Onlar tədarük edilən təyyarələrin və hava hücumundan müdafiə sistemlərinin dəqiq sayını açıqlamayıblar:

"Biz F-16-larımızı mümkün qədər tez Ukraynaya təhvil vermək qərarına gəldik, transfer bu ilin sonundan əvvəl başlayacaq".

Öz növbəsində, müdafiə naziri Ludivin Dedonder tədarüklərin ölkəsinin öz müdafiəsinə zərbə vurmamaq üçün ABŞ-dən yeni F-35 təyyarələrinin alınması imkanları nəzərə alınmaqla həyata keçiriləcəyini açıqladı.

O, Brüsselin bu qərarını “Rusiya ordusunun yeni hücumu” və Rusiyadan artan hava hücumları ilə əsaslandırıb.

“Belçika, Danimarka və Niderlandla birlikdə Ukraynaya təyyarələrin verilməsi üçün koalisiyada fəal iştirak edir.

Xəbər lenti