IMG-LOGO

Ukraynadan qayıdan Rusiya hərbçiləri 200-dən çox insanı öldürüb, yaxud şikəst ediblər

26.04.2024 18:54 50 baxış
IMG

Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak edərək vətənə qayıdan Rusiya hərbçiləri artıq iki yüzdən çox həmvətənini öldürüb və şikəst ediblər.

Lent.az bildirir ki, bu barədə “Verstka” nəşri açıq məlumatlara əsasən hesablama aparıb.

KİV-in məlumatına görə, müharibə başlayandan indiyədək geri qayıdan hərbçilər ölümlə nəticələnən qəsdən adam öldürmə və sağlamlığa ağır zərər vurma da daxil olmaqla insan tələfatı ilə nəticələnən azı 84 cinayət törədiblər. Bu hərəkətlər nəticəsində 107 rus ölüb, yüzdən çoxu isə ağır yaralanıb.

Söhbət yalnız hüquq-mühafizə orqanları tərəfindən rəsmi qeydə alınan, 176 hərbçinin təqsirləndirildiyi, onlardan 91-inin əfv olunduğu cinayətlərdən gedir.

Qeyd olunur ki, dərc edilmiş 134 məhkəmə hökmündən üç işdən ikisində müharibədə iştirak yüngülləşdirici hal kimi nəzərə alınıb.

42 işdə məhkəmə “zərərçəkmiş şəxslərin qanunsuz davranışını” yüngülləşdirici hal kimi nəzərdən keçirib ki, bu zaman digər hallarla yanaşı, hakimlər “hərbi hərəkətlərin tənqidi”ni də əhatə edib.

Aprelin 25-də Ukraynanın Xerson vilayətinin işğal olunmuş ərazisində Kalinovka və Abrikosovka kəndlərində dörd nəfərin qətlini törətdiklərini etiraf edən iki rus hərbçisi Aleksandr Osipov və Aleksandr Kayqorodtsev tutulub.

"Kommersant"ın məlumatına görə, saxlanılanlar 144-cü motoatıcı briqadada xidmət ediblər, cinayət isə sərxoşluq əsasında törədilib. Kayqorodtsevin əvvəllər qətl və narkotik ticarəti üçün mühakimə olunduğu da bildirilir.

 

Xəbər lenti