IMG-LOGO

İki avtobus marşrutunun hərəkət istiqaməti dəyişir

22 Jun 2026 18:47 3 baxış
IMG
1 0

İki müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.

Lent.az xəbər verir ki, Lökbatan qəsəbəsində Abşeron-Qaradağ mənzilində yerləşən qorunan dəmiryol keçidində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar iyunun 23-24-də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. 

Məhdudiyyət səbəbindən 126 və 206 saylı marşrutların hərəkəti müvəqqəti olaraq Mədən küçəsi - Xocəsən şosesi (S.İsmayılzadə küçəsi) – 28 May küçəsi ilə təşkil ediləcək. 

Sosial 2 müntəzəm marşrutun hərəkəti dəyişdi

Mənbə: lent.az

Xəbər lenti