IMG-LOGO

Ailəyə atalarının yerinə başqa meyit verdilər

26.04.2024 13:56 52 baxış
IMG

Kubada tətildə olarkən qohumunu itirən kanadalı ailə səhvən Rusiyadan olan kişinin cəsədini alıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Fərəc Jarjour martın 22-də Varaderoda vəfat edib. Ailə 68 yaşlı iki uşaq atasını meyitini götürəndə tabutun içində təxminən 20 yaş kiçik, tatuajlı və qalın saçlı Rusiyadan olan bir kişi görüblər.

Sonra ailə Kanada konsulluğu ilə əlaqə saxlayıb. Orada həftə sonları konsulluğun bağlı olduğu bildirilib və bazar ertəsi gəlmələri istənilib. Onlara həmçinin bildirilib ki, Jarjourun cəsədini Kanadaya qaytarmaq üçün 10 min dollar ödəməlidirlər.

Ailə lazımi məbləği toplayıb və üç həftə gözləyib. Əllərində pasport və ölüm şəhadətnaməsi olsa da, meyitin harada olduğunu bilmirlər.

Xəbər lenti