Ekranların sevilən gənc ulduzlarından Sümeyyə Aydoğan gərgin keçən mövsümün yorğunluğunu Muğlanın sakitliyi və təbii gözəllikləri ilə tanınan məşhur istirahət məkanı Bozburunda çıxarır.
Lent.az xəbər verir ki, son zamanların ən reytinqli seriallarından biri olan “Yeraltı”da Sultan obrazını canlandıran aktrisa tətilini Muğlanın sakit sahilləri ilə məşhur olan Bozburunda davam etdirir. O, yaxın rəfiqəsi ilə birlikdə görüntülənib və gün ərzində dənizin və günəşin dadını çıxarıb.
İsti havanın təsiri ilə tez-tez dənizə girərək sərinləyən Sümeyyə Aydoğan daha sonra kano sürərək əyləncəli anlar yaşayıb.
Sümeyyə Aydoğan Türkiyə Muğla Bozburun tətil istirahət kano aktrisa maqazin

Mənbə: lent.az