IMG-LOGO

Motsarta aid 44 səhifəlik əlyazma tapıldı

20 Jun 2026 17:09 3 baxış
IMG
1 0

Volfqanq Amadey Motsarta aid olduğu təsdiqlənən əlyazma aşkar edilib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 44 səhifədən ibarət olan əlyazma dəftərində bəstəkarın fransız arfa ifaçısı Mari-Luiza-Filippina de Ginə bəstəkarlıq dərsləri zamanı istifadə etdiyi materiallar yer alır.

Əlyazmada eyni zamanda fleyta və arfa üçün yazılmış yeddi musiqi əsəri də qorunub saxlanılıb. Sənəd 2026-cı ilin fevral ayında XVIII əsrə aid anonim musiqi arxivləri üzərində aparılan araşdırmalar zamanı aşkarlanıb. Mütəxəssislər əlyazmadakı xarakterik xəttə diqqət yetiriblər və sonradan onun Motsarta məxsus olduğunu müəyyən ediblər. 

Tədqiqatçıların fikrincə, tapıntı bəstəkarın Parisdə yaşadığı dövrə aiddir. Həmin illərdə Motsart yerli aristokrat ailələrinin sifarişlərini yerinə yetirir və musiqi dərsləri keçirdi. Tarixçilərin ehtimalına görə, əlyazma Fransa İnqilabı zamanı de Gin ailəsinin əmlakı müsadirə edilərkən kitabxananın fondlarına daxil olub və uzun illər müəllifi müəyyənləşdirilmədən saxlanılıb.

Tapılan əsərlər ilk dəfə bu il iyunun 21-də Parisdə ictimaiyyət qarşısında səsləndiriləcək. Konsert Fransa Milli Kitabxanasının Oval zalında keçiriləcək.

Motsart Fransa Paris əlyazma musiqi bəstəkar

Mənbə: lent.az

Xəbər lenti