IMG-LOGO

Cəlilabbadda "Mecedes" betona çırpıldı, sürücü ağır yaralandı -FOTO

25 Apr 2024 03:26 297 baxış
IMG

Cəlilabad rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 88 km-də, Cəlilabad rayonu ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı betona çırpılıb.

Qəza nəticəsində nəqliyyat vasitəsini idarə edən sürücü ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti