IMG-LOGO

Arda Turandan gələcəyi ilə bağlı AÇIQLAMA

28 Jul 2026 13:17 5 baxış
IMG
0 0

"Şaxtyor"un baş məşqçisi Arda Turan gələcəkdə Türkiyəyə potensial qayıdışı ilə bağlı fikirlərini söyləyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, məşqçinin sözlərinə görə, "Eyüpspor"da keçirdiyi müddətdən sonra ona özünəinam göstərən və özünü yüksək səviyyədə sübut etmək imkanı verən məhz Donetsk klubu olub.

Turan müqaviləsinin şərtlərini tam yerinə yetirmək və "Şaxtyor"a bütün gücünü sərf etmək niyyətində olduğunu qeyd edib.

Bundan əlavə, türkiyəli məşqçi futbolda hər şey tez dəyişə biləcəyi üçün çox irəli baxmaq istəmədiyini vurğulayıb. Lakin, hazırda onun əsas diqqəti Ukrayna komandasına yönəlib.  

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti