Türkiyəli televiziya aparıcısı və iş adamı Acun Ilıcalı qatıldığı YouTube proqramında qolundakı dəbdəbəli saatı ilə diqqət mərkəzinə düşüb.
Lent. az yerli KİV-nə istinadla xəbər verir ki, yayımdan sonra sosial şəbəkələrdə saatın qiyməti ilə bağlı paylaşımlar sürətlə yayılıb.
İddialara görə, Acun Ilıcalının taxdığı lüks saatın dəyəri təxminən 3 milyon ABŞ dollarıdır. Saatın hansı marka və model olduğu rəsmi şəkildə açıqlanmasa da, onun lüks saatlar kateqoriyasına aid olduğu bildirilir.
Acun Ilıcalı lüks saat YouTubeMənbə: lent.az