IMG-LOGO

Zaqatalada maşın aşdı: xəsarət alan var

19 Jun 2026 10:20 11 baxış
IMG
0 0

Zaqatalada daha bir yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə səhər saatlarında Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunda qeydə alınıb.  

Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan rayonun Danaçı kənd sakini 25 yaşlı Murtuzəli Feyzullah oğlu Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

M. Mustafayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İknci Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirlib. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gecə Zaqatalada baş verən yol qəzasında daha 3 nəfər yaralanmışdı. 

 

Vüqar Heydərov

Hadisələr Zaqatala News

Mənbə: lent.az

Xəbər lenti