IMG-LOGO

DÇ-26: İsveçrədən darmadağın

19 Jun 2026 01:03 5 baxış
IMG
0 0

2026-cı il dünya çempionatında B qrupunda II tura start verilib.

Apasport.az xəbər verir ki, turun ilk oyununda İsveçrə millisi Bosniya və Herseqovina ilə qarşılaşıb.

Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Oyun İsveçrənin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hər iki komanda ilk turda heç-heçə edib. İsveçrə Qətərlə, Bosniya və Herseqovina isə Kanada ilə 1:1 hesablı bərabərliyə razılaşıb.

Qeyd edək ki, B qrupunun digər oyununda Kanada Qətərlə üz-üzə gələcək.

Dünya çempionatı B qrupu, II tur 18 iyun 23:00. İsveçrə - Bosniya və Herseqovina 4:1

İsveçrə: Kobel – Vidmer, Elvedi, Akanji, Rodriges – Aebişer, Caka, Freuler – Rider, Embolo, Ndoye.

Bosniya  Herseqovina (4-4-2): Vasily – Kolaşinaç, Katiç, Muharemoviç, Dediç – Alaybeqoviç, Suniç, Tahiroviç, Memiç – Dzeko, Demiroviç.

İsveçrə

Mənbə: lent.az

Xəbər lenti