Zaqatala rayonunun bir sıra küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Lent.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar iyunun 19-da saat 09:00-dan işlər yekunlaşanadək rayonun N.Nərimanov, Ü.Hacıbəyov, G.Kərimova, M.Əzizbəyov, Tağıyev və 28 May küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin Salyan Regional Qaz İstismarı İdarəsinin yaydığı məlumata əsasən, payız-qış mövsümünə hazırlıq işlərinin aparılması ilə əlaqədar iyunun 19-da saat 11:00-dan işlər başa çatanadək Neftçalanın Beşdəli, Cəngən, Ərəbqardaşbəyli, Pirəbbə, 2-ci Qaralı və Yuxarı Qaraimanlı kəndlərinin qaz təchizatında fasilə yaranacaq.
Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.
qaz Azəriqaz ZaqatalaMənbə: lent.az