Cəlilabadda elektriki cərəyanı vurub.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə Mirzəli kəndi ərazisində qeydə alınıb.
Rayonun Qarakazımlı kənd sakini Fariz Məmmədov elektrik dirəyində təmir-bərpa işləri apararkən onu cərəyan vurub. Nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
HadisələrMənbə: lent.az