Amerikalı müğənni və aktrisa Jennifer Lopez sosial şəbəkədə yayılan fotosuna görə izləyicilərin sərt tənqidi ilə üzləşib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 56 yaşlı sənətçi stilisti Daniel Priano tərəfindən paylaşılan fotoda güzgü qarşısında əks olunub.
Kadrlarda Lopez qrim kreslosunda əyləşərək ayaqlarını masanın üzərinə uzadıb. O, dərin sinə dekoltesi və parlaq detallarla bəzədilmiş səhnə geyimində görüntülənib.
Paylaşım qısa müddətdə 21 mindən çox bəyənmə və yüzlərlə şərh toplayıb. Lakin bir çox izləyici fotonu bəyənməyib və sənətçinin pozasını uyğun hesab etmədiklərini bildirib.
Şərhlərdə bəzi istifadəçilər görüntünü “uğursuz seçim”, “yersiz paylaşım” və “diqqət çəkməyə hesablanmış poza” kimi qiymətləndiriblər. Digərləri isə Lopezin belə görüntülərə ehtiyac duymadığını və fotonun zövqsüz alındığını yazıblar.
Bununla yanaşı, sənətçinin pərəstişkarları arasında fotonu müdafiə edənlər də olub. Onlar Lopezin uzun illərdir səhnə obrazları ilə diqqət çəkdiyini və paylaşımın onun peşəkar imicinin bir hissəsi olduğunu qeyd ediblər.
Cennifer Lopez Jennifer Lopez şou-biznes HollivudMənbə: lent.az