Zaqatalada qəzada öldüyü deyilən kişi sükan arxasında infarkt keçiribmiş.
Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Muxax kəndinin ərazisində Zaqatala şəhər sakini, 1976-cı il təvəllüdlü Əli Osman oğlu Osmanov idarə etdiyi “Ford” markalı avtomobildə ürək tutmasından ölüb. Nəticədə maşın yolun kənarına aşıb.
Araşdırma aparılır.
***
15 iyun, saat 16:27
Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə bu gün saat 13 radələrində Zaqatala rayonu ərazisində qeydə alınıb.
“Ford Tranzit” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü 50 yaşlı Əli Osmanov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Hadisələr yol qəzası Zaqatala Zaqatala NewsMənbə: lent.az