IMG-LOGO

İran BMT Baş katibinə ABŞ ilə bağlı xəbərdarlıq edib

20 Feb 2026 04:15 3 baxış
IMG

Rəsmi Tehran BMT-nin baş katibi Antonio Quterreşə hərbi təcavüz halında bölgədəki düşmən qüvvələrinin bazalarını, obyektlərini və aktivlərini zərbələr üçün qanuni hədəf hesab edəcəyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İranın BMT-dəki Daimi Nümayəndəliyinin məktubunda deyilir ki, ABŞ prezidenti Donald Trampın İrana qarşı ritorikası real hərbi təcavüz təhlükəsi siqnalı verir. Sənəddə həmçinin Tehranın müharibə axtarmadığı vurğulanır.

Sənəddə həmçinin qeyd olunub ki, İran hərbi hücumun hədəfinə çevrilərsə, qətiyyətlə cavab verəcək.

Xəbər lenti