IMG-LOGO

Bu meyvələr daha tez yuxuya getməyə kömək edir

16 Jun 2026 11:38 4 baxış
IMG
0 0

Adi meyvələr gecə yuxusunun keyfiyyətinə bəzi məşhur qida əlavələri qədər müsbət təsir göstərə bilər.  Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bəzi meyvələrin tərkibində yuxu və oyaqlıq dövrünü tənzimləyən, serotonin və melatonin hormonlarının ifrazını dəstəkləyən, həmçinin daha dərin istirahətə kömək edən təbii birləşmələrin mövcud olduğunu bildiriblər. 

Mütəxəssislərin xüsusi diqqət yetirdiyi meyvələrdən biri məhz kividir. Araşdırma göstərib ki, dörd həftə ərzində yatmazdan təxminən bir saat əvvəl iki ədəd kivi yeyən insanlar 35 faiz daha tez yuxuya gediblər. Bundan əlavə, onların ümumi yuxu müddəti də təxminən 13 faiz artıb.

Mütəxəssislərin sözlərinə görə, kivinin tərkibində yuxunun, əhvalın və həzm prosesinin tənzimlənməsində iştirak edən serotonin neyromediatoru var. Meyvə həmçinin C və E vitaminləri kimi antioksidantlarla, eləcə də fol turşusu ilə zəngindir. Bu maddələr orqanizmdə melatoninin təbii sintezini dəstəkləyir və oksidləşdirici stressi azaltmağa kömək edir.

Gecə istirahətinə müsbət təsir göstərə bilən digər məhsul isə albalıdır. Xüsusilə Monmorensi kimi turş albalı növləri melatonin hormonu ilə zəngindir. Bu hormon orqanizmə yuxuya hazırlaşmaq siqnalı verir.

Mütəxəssislər bildirirlər ki, yatmazdan təxminən bir saat əvvəl bir-iki ədəd kivi və ya az miqdarda albalı yemək  daha rahat yuxuya getməyə və gecə boyu fasiləsiz yatmağa kömək edə bilər. Onun sözlərinə görə, daha yaxşı nəticə əldə etmək üçün bu meyvələri yunan yoqurtu kimi yüngül zülal mənbələri ilə birlikdə qəbul etmək olar. Bu, orqanizmin triptofanı daha yaxşı mənimsəməsinə kömək edir.  

Keyfiyyətli yuxu tez yuxuya getməyə kömək edən meyvələr

Mənbə: lent.az

Xəbər lenti