Bakıda meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu Xocəsən qəsəbəsinin ərazisində yerləşən taxta emalatxanasında qeydə alınıb.
Orada işləyən Ağsu rayon sakini, 1982-ci il təvəllüdlü Balakişi Balamirzə oğlu Hacıyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti iş yerində aşkar edilib.
Fatla bağlı araşdırma aparılır.
HadisələrMənbə: lent.az