IMG-LOGO

DÇ: İranla Yeni Zelandiyanın oyunu GÜNDƏM OLDU -FOTOLENT

16 Jun 2026 09:37 4 baxış
IMG
3 0

2026-cı il dünya çempionatının G qrupunda İran yığması Yeni Zelandiya ilə keçirilən oyunda iki dəfə geridönüş edərək 2:2 hesablı heç-heçəyə nail olub.

Reuters-in məlumatına görə, Los-Ancelesdə baş tutan qarşılaşma yüksək temp və qarşılıqlı hücumlarla yadda qalıb.

Yeni Zelandiya hesabı oyunun 7-ci dəqiqəsində açıb. Kris Vudun ötürməsindən sonra İlayca Cast cərimə meydançası daxilindən topu tora göndərib. İran yığması 32-ci dəqiqədə tarazlığı bərpa edib. Ramin Rzaiyan yaxın məsafədən dəqiq zərbə ilə hesabı bərabərləşdirib.

Qarşılaşmanın 54-cü dəqiqəsində Yeni Zelandiya yenidən önə keçib. Matçın ən yaxşı oyunçularından olan İlayca Cast Kris Vudun növbəti məhsuldar ötürməsindən sonra qapıçı Əlirza Beyranvəndi məyus edərək dublunu rəsmiləşdirib.

Lakin İran yenidən məğlubiyyətdən qaça bilib. Oyunun 64-cü dəqiqəsində Məhəmməd Mohebbi arxa dirəkdən gələn topu başla qapıya göndərərək yekun hesabı müəyyənləşdirib – 2:2.

Reuters yazır ki, qarşılaşma İran hökumətinə qarşı etiraz aksiyaları fonunda baş tutub. Buna baxmayaraq, Los-Anceles stadionunda toplaşan çoxsaylı iranlı azarkeşlər komandalarını fəal şəkildə dəstəkləyiblər.

Bu nəticədən sonra hər iki komanda G qrupunda ilk xalını qazanıb. İran növbəti turda Belçika ilə qarşılaşacaq. Yeni Zelandiya isə Misir yığması ilə üz-üzə gələcək. Reuters-in məlumatına görə, Belçika və Misir arasında keçirilən digər qrup oyunu 1:1 hesabı ilə başa çatıb.

 

Dünya Çempionatı İran Yeni Zelandiya Dünya Kuboku 2026 Reuters futbol G qrupu Ramin Rzaiyan Məhəmməd Mohebbi İlayca Cast Kris Vud Los-Anceles Belçika Misir.

Mənbə: lent.az

Xəbər lenti