IMG-LOGO

Münasib qiymətləri ilə diqqət çəkən Avropa kurortu

16 Jun 2026 09:50 2 baxış
IMG
0 0

Polşanın kurort şəhərlərindən biri 2026-cı il üçün istirahət ediləcək ən yaxşı məkanların yeni reytinqinə daxil edilib. Bu kurortun əsas üstünlüyü isə cəlbedici şərtləri və münasib qiymətləri sayəsində Aralıq dənizi kurortlarına ciddi rəqibə çevrilməsidir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Polşanın Sopot şəhəri 2026-cı ilin ən yaxşı istirahət məkanları siyahısında əsl sensasiya yaradıb və hazırda Avropanın ən perspektivli kurortlarından biri hesab olunur.

Sopot XX əsrin əvvəllərində Avropa aristokratiyasının hökm sürdüyü dövrün ab-havasını müasir infrastrukturla birləşdirən nadir məkan kimi təsvir olunur.

Mütəxəssislər burada uzanan geniş qumlu çimərlikləri, yodla zəngin dəniz havasını və zəngin qastronomiya mədəniyyətini xüsusi qeyd edirlər.

Sopotu seçmək üçün əsas səbəblər:

•    Mükəmməl iqlim: Yay aylarında burada havanın orta temperaturu +23-25 dərəcə arasında dəyişir. Boğucu istilər əvəzinə sərin dəniz mehindən zövq almaq mümkündür.

•    Münasib qiymətlər: Fransanın Ləzur sahilləri və ya İtaliyanın məşhur kurortları ilə müqayisədə Sopotdakı restoranlar, hotellər və spa mərkəzlərində qiymətlər daha sərfəlidir.

•    Rahat nəqliyyat sistemi: Sopot inkişaf etmiş dəmir yolu şəbəkəsinə malikdir. Sürətli şəhərətrafı qatar vasitəsilə cəmi 15-20 dəqiqəyə Qdansk və Qdinya şəhərlərinə çatmaq mümkündür. Bu üç şəhərin birləşdiyi ərazi "Truymyasto" adlanır və turistlər üçün ideal marşrut hesab olunur.  

Travel münasib qiymətləri olan Avropa kurortu

Mənbə: lent.az

Xəbər lenti