IMG-LOGO

DÇ-2026: İran-Yeni Zelandiya matçında qalib müəyyənləşmədi

16 Jun 2026 07:27 3 baxış
IMG
0 0

Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli komandaları arasında keçirilən oyun heç-heçə ilə başa çatıb.

Lent.az xəbər verir ki, G qrupunun qarşılaşmasında hesabı 7-ci dəqiqədə Yeni Zelandiya yığmasının futbolçusu İlayca Cast açıb.

İran millisi 32-ci dəqiqədə Ramin Rezayanın qolu ilə hesabı bərabərləşdirib. Yeni Zelandiya 55-ci dəqiqədə İlayca Castın ikinci qolu ilə yenidən önə keçsə də, 64-cü dəqiqədə Məhəmməd Moxebi İranın bərabərlik qolunu vurub.

Beləliklə, matç 2:2 hesabı ilə yekunlaşıb və komandalar hərəyə bir xal qazanıblar.

dç-2026 iran

Mənbə: lent.az

Xəbər lenti