Futbol üzrə dünya çempionatının qrup mərhələsində Səudiyyə Ərəbistanı və Uruqvay milli komandaları arasında keçirilən oyun heç-heçə ilə başa çatıb.
Lent.az xəbər verir ki, H qrupunun qarşılaşmasında hesabı 41-ci dəqiqədə Səudiyyə Ərəbistanının futbolçusu Abdulilah Al-Amri açıb.
Uruqvay millisi isə 80-ci dəqiqədə Maksimiliano Arauxonun qolu ilə bərabərliyi təmin edib.
Beləliklə, matç 1:1 hesabı ilə yekunlaşıb və komandalar hərəyə bir xal qazanıblar.
dç-2026Mənbə: lent.az