IMG-LOGO

Şirvanda 32 yaşlı kişi bıçaqlandı

16 Jun 2026 01:28 4 baxış
IMG
0 0

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Bakı şəhərinin Səbail rayon sakini, 1994-cü il təvəllüdlü Rza Mərifət oğlu Ağasəlimli qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralı dərhal əməliyyata götürülüb.

R.Ağasəlimli bildirib ki, ona maskalı şəxs hücum edərək bıçaq xəsarəti yetirib. O, hadisəni törədən şəxsin xalası oğlu olduğunu ehtimal etdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Şirvan bıçaqlanma

Mənbə: lent.az

Xəbər lenti