IMG-LOGO

Avtomobili geriyə sürdü, kişini vurdu

15 Jun 2026 19:31 3 baxış
IMG
0 0

Ucarda avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə Müsüslü kəndi ərazisində qeydə alınıb.

Göyçay rayonu Alpout kənd sakini, 54 yaşlı Qasımov Mirsaab Qasım oğlu idarə etdiyi “Mersedes-Vito” markalı avtomobili arxaya sürərkən rayonun Təzə Şilyan kənd sakini, 59 yaşlı piyada, Məmmədov Əbülfət Ağəli oğlunu vurub. Zərərçəkən müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

 

Zahid Abışov

Hadisələr yol qəzası piyada

Mənbə: lent.az

Xəbər lenti