Türkiyədə yük maşınının iştirakı ilə ağır yol qəzası olub.
Lent.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Hadisə Mersin vilayətinin Kulak rayonunda baş verib.
Elektrik dirəyinə çırpılan avtomobildə iki nəfər hadisə yerində ölüb.
Xəbər üzərinə qəza yerinə jandarma, xilasetmə və sağlamlıq qrupları sövq edildi.
Yaralanan üç nəfər isə Dövlət Xəstəxanasına aparılıb.