Tunis millisinin baş məşqçisi Sabri Lamuşi 2026-cı il futbol üzrə dünya çempionatında İsveçə 1:5 hesabı ilə məğlub olduqları ilk oyundan sonra vəzifəsindən uzaqlaşdırılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 54 yaşlı mütəxəssis Tunis yığmasını 2026-cı ilin yanvar ayından çalışdırırdı. Onun müqaviləsi 2028-ci ilin iyul ayına qədər nəzərdə tutulmuşdu.
Fransalı məşqçi daha əvvəl Səudiyyə Ərəbistanının "Ər-Riyad", İngiltərənin "Kardiff Siti" və "Nottingem Forest", Fransanın "Renn", Qətərin "Əl-Caiş" klublarında, eləcə də Fil Dişi Sahili milli komandasında fəaliyyət göstərib.
Qeyd olunur ki, bu, dünya çempionatları tarixində ilk haldır ki, milli komandanın baş məşqçisi turnirin birinci turundan sonra istefaya göndərilir.
Tunis millisi qrup mərhələsində daha iki oyun keçirəcək. Afrika təmsilçisi iyunun 21-də Yaponiya, iyunun 26-da isə Niderland yığması ilə qarşılaşacaq.
İdman xəbərləri Dünya Çempionatı futbolMənbə: lent.az