Ağdamda çoban çobanı ov tüfəngi ilə güllələyib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Çullu kəndində baş verib.
47 yaşlı Elşad Gözəlov mübahisə zamanı 51 yaşlı Rövşən Şirinova ov tüfəngindən atəş açıb. Qolundan yaralanan Rövşən Şirinov xəstəxanaya çatdırılıb.
Elşad Gözəlov hadisədən sonra həmin tüfənglə qarın nahiyəsinə atəş açaraq özünü öldürüb.
Ov tüfəngi maddi sübut olaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Hadisələr kriminal xəbərlər Ağdam qətlMənbə: lent.az