Çiyələkdən yalnız mövsümündə deyil, qış aylarında da zövq almağı sevirsinizsə, bu mürəbbə resepti sizin üçün əla seçim olacaq.
Lent.az bu resepti təqdim edir:
Tərkibi: 7 kq çiyələk 3,5 kq şəkər
Hazırlanma qaydası:
Çiyələkləri yaxşıca yuyun və saplaqlarını təmizləyin. Daha sonra giləmeyvələri iki hissəyə ayırın. Yumşalmış və artıq yetişmiş çiyələkləri blenderdən keçirərək püre halına gətirin. Şəkərin yarısını əlavə edib yüksək odda qaynamağa qoyun. Qarışığı daim qarışdıraraq qaynama nöqtəsinə çatdırın. Daha sonra qalan şəkəri əlavə edin və daha 5 dəqiqə bişirin. Bankaları əvvəlcədən sterilizasiya edin. Bişmiş çiyələk püresinə bütöv giləmeyvələri əlavə edin və yenidən qaynadın. 5 dəqiqə bişirdikdən sonra ocağı söndürün və qarışığı 2 saat soyumağa qoyun. Yaranan köpüyü yığın, mürəbbəni yenidən qaynadın və daha 5 dəqiqə bişirin. Hazır mürəbbəni steril bankalara tökün və qapaqlarını möhkəm bağlayın. Beləliklə, qış aylarında da təzə çiyələyin dadını xatırladan aromatik və ləzzətli mürəbbədən zövq ala biləcəksiniz.
Mətbəx çiyələk çiyələyi saxlamağın yollarıMənbə: lent.az