IMG-LOGO

Bir həftəyə 8 nəfərin meyiti təhvil verildi - VİDEO

15 Jun 2026 11:31 3 baxış
IMG
1 0

Ötən həftə ölkədə 494 yanğın hadisəsi olub.

Lent.az xəbər verir ki, bu məlumat Fövqəladə Hallar Nazirliyinin yaydığı ötən həftənin xronikasında yer alıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 494 yanğına çıxış, 38 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 46 nəfər xilas edilib, yanğın zamanı 44 nəfər təxliyə olunub, 8 nəfərin meyiti təhvil verilib.

Hadisələr sosial xəbərlər FHN yanğın meyit

Mənbə: lent.az

Xəbər lenti