IMG-LOGO

Naxçıvan yaxınlığında zəlzələ baş verdi -YENİLƏNİB

20.04.2024 23:26 26 baxış
IMG

Naxçıvan stansiyasından 76 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Naxçıvan stansiyasından 76 km cənub-qərbdə Azərbaycanın Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babək rayonlarında 3 bala qədər hiss olunub.

Yeraltı təkanlar yerli vaxtla saat 22:01-də qeydə alınıb.

Zəlzələ ocağı yerin 4 kilometr dərinliyində olub.

*** 22:41 Naxçıvan Muxtar Respublikasında zəlzələ baş verib.

Lent.az xəbər verir ki, saat 22:03-də qeydə alınan zəlzələ Naxçıvan MR ərazisində 3 bala qədər hiss olunub.

Zəlzələ təxminən 5-7 saniyə davam edib.

Xəbər lenti