IMG-LOGO

Bakıda 35 yaşlı kişi əvvəlcə keçmiş arvadını və qayınanasını öldürdü, sonra özünü

14 Jun 2026 15:24 3 baxış
IMG
0 0

Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını qətlə yetirib.

Lent.az-ın məlumatına görə, hadisə iyunun 14-də gecə saatlarında Bakı şəhərinin Ramana qəsəbəsində baş verib.

Belə ki, Şəkinin Cəfərabad kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyaləni və onun anası İradə adlı qadını qətlə yetirib. Hadisədən sonra V. Lütfəliyev özünü öldürüb.

Məlumata görə, Xəyalə və İradə Böyük Dəhnə kəndində, Vüsal Lütfəliyev isə Cəfərabad kəndində dəfn olunacaq.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti