Britaniyada “Challenger 3” tankının ən son prototipi konveyerdən çıxarılıb, o, Britaniya ordusunun tarixində ən güclü döyüş maşını olacaq.
Lent.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps məlumat verib.
“Bu, 22 il ərzində ilk bütöv Britaniya tankıdır. Hazırda Telfordda bu tankı Britaniya Ordusu tarixində ən ölümcül tank etmək üçün ən müasir təkmilləşdirmələr aparılır və əsgərlərimizə müdafiə üçün lazım olan atəş gücü verilir”, - nazir qeyd edib.