IMG-LOGO

Türkiyədə azarkeşlər meydanlarda -FOTOLENT

14 Jun 2026 10:02 2 baxış
IMG
0 0

Türkiyənin bir çox vilayətində vətəndaşlar A Milli Futbol Komandasının 2026 FIFA Dünya Kubokunun D qrupunda Avstraliya ilə keçirdiyi ilk oyunu nəhəng ekranlardan izləyirlər.

TRT Haber-in məlumatına görə, Adana, Mersin, Hatay və Osmaniyədə futbolsevərlər milli komandaya dəstək olmaq üçün şəhərlərin müxtəlif meydanlarında və ictimai məkanlarında toplaşıblar. Adanada Mərkəz Parkda quraşdırılan nəhəng ekran qarşısında toplaşan azarkeşlər Türkiyə bayraqları və milli komandanın formaları ilə komandaya dəstək veriblər.

Mersində sahil zolağındakı Babil Su İdmanları Mərkəzinin qarşısında nəhəng ekran quraşdırılıb. Türk bayraqları və milli formalarla əraziyə gələn sakinlər oyunu böyük həyəcanla izləyiblər. Hatayın İsgəndərun rayonunda isə Atatürk Abidəsi meydanında təşkil edilən tədbirdə vətəndaşlar milli komandaya dəstək nümayiş etdiriblər. Və bu həyacan ölkənin 81 vilayətində davam edir.

 

Türkiyə A Milli Futbol Komandası Dünya Kuboku 2026 FIFA Dünya Kuboku Avstraliya milli oyun futbol Adana Mersin Hatay Osmaniyə Diyarbəkir Eskişehir Samsun Antalya Bursa Türkiyə azarkeşləri

Mənbə: lent.az

Xəbər lenti