IMG-LOGO

Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB

20.04.2024 16:32 101 baxış
IMG

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.

Lent.az xəbər verir ki, əvvəlcə mərhumla evində və Göy məsciddə vida mərasimi keçirilib.

Mərasimdən sonra cənazə "Qurd qapısı" qəbiristanlığına aparılaraq torpağa tapşırılıb.

*** 13:11

TƏBİB Əməkdar artist Cavanşir Məmmədovun vəfatı iləbağlı məlumat yayıb

Qurumdan Lent.az-a verilən xəbərə görə, Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. 

Təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. 

Ünvanda həkiməqədər ölüm qeydə alınıb.

***

13:02

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. 

Lent.az xəbər verir ki, 70 yaşlı müğənninin ölüm xəbəri yayılıb.

Onun bu gün ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Xəbəri müğənni Firuzə İbadova axşam.az-a təsdiqləyib.

Xəbər lenti