"Qalatasaray"dan ayrılan Mauro İkardi Milandan xoş xəbəri açıqlayıb. İtaliya məhkəməsi Vanda Naranın aylıq təxminən 400 min avro aliment tələbini rədd edib və apellyasiya şikayətini etibarsız elan edərək Nara üçün bütün hüquqi yolları bağlayıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, klubda dörd mövsüm keçirdikdən sonra "Qalatasaray"dan ayrılan argentinalı ulduz futbolçu, 2024-cü ilin noyabr ayından bəri davam edən keçmiş həyat yoldaşı Vanda Nara ilə boşanma işində böyük bir hüquqi qələbə qazanıb. Milan məhkəməsinin yekun qərarı Naranın yüksək aliment tələblərinin qarşısını tamamilə alıb.
Milanda olan və sosial media hesabında hadisələri paylaşan İkardi, Vanda Naranın ayda təxminən 400 min avro aliment və təzminat tələblərinin İtaliya məhkəməsi tərəfindən bir daha rədd edildiyini açıqlayıb.
Ulduz hücumçu rəqəmləri və məhkəmə qərarını ətraflı izah edərək bunları paylaşıb:
"Sabahınız xeyir, Milan. Burada hər şey qaydasındadır, yeni bir qərar var. Boşanma işimdə keçmiş həyat yoldaşım onun üçün ayda 250.000 avro, qızlarımın hər biri üçün 65.000 avro və boşanma ilə bağlı ayda 100.000 avro tələb etdi. Hakim bu çılğınlığı 2026-cı il iyunun 1-də rədd etdi. Qərardan narazı qalan və pulumu almağa çalışan tərəf apelyasiya şikayəti verdi.
Bu gün, 2026-cı il iyulun 27-də, İtaliya məhkəməsinin qərarı çox aydın idi: APELYASİYA QƏBUL EDİLMƏZDİR. Beləliklə, apelyasiya və sonrakı iddialar üçün bütün yollar bağlandı. Qalan tək şey boşanma qərarının rəsmi elanı idi. İtaliya ədliyyə sistemi möhtəşəm işləyir. Buna baxmayaraq, 2024-cü ildə İtaliyada bütün hüquqi prosesi başlatdığım üçün məni "dəli" adlandırdılar”.
Qərardan sonra İkardi özünü taxtda "kral" kimi təsvir edən vizual paylaşımla Vanda Naraya gizli şəkildə istinad edib. O, paylaşımına aşağıdakı qeydi əlavə edib:
"Kral piyadalarla mübahisə etmir; o, sadəcə irəliləyir. Lövhəni təpikləyin, oyunun necə bitəcəyini görmək sizin növbənizdir".
2010-cu ildə evlənən Mauro İkardi və Vanda Nara 10 il evli olublar. 2025-ci ildə rəsmi olaraq boşanan cütlüyün Françeska və İzabella adlı iki qızı var.
Mauro İkardi Vanda Nara məhkəmə qərar


Mənbə: lent.az