IMG-LOGO

Suriyadan gətirilən azərbaycanlı qadın və uşaqlar müəsissəyə yerləşdirildi

13 Jun 2026 14:34 4 baxış
IMG
3 1

Azərbaycan hökuməti tərəfindən Suriyadan repatriasiya edilmiş 7-si qadın, 16-sı uşaq olmaqla daha 23 Azərbaycan vətəndaşı Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.

Bu barədə Lent.az-a Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib.

Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaq.

Qeyd olunub ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib.

sosial xəbərlər azərbaycanlı Suriya

Mənbə: lent.az

Xəbər lenti