IMG-LOGO

Boşanmağını davul-zurna ilə qeyd etdi - VİDEO

13 Jun 2026 14:59 3 baxış
IMG
4 1

Türkiyədə qeyri-adi boşanma olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, qəribə hadisə Balıkəsirin Gönen rayonunda qeydə alınıb. Fikir ayrılığı səbəbindən başlanan və 5 il davam edən boşanma prosesi başa çatıb.

Məhkəmənin boşanma ilə bağlı qərarından sonra 39 yaşlı Çisem Arkun bu hadisəni davul-zurna ilə qeyd edib.

14 illik evliliyinin rəsmi olaraq sona çatmasından sonra həyatında yeni bir səhifə açdığını bildirən Arkun, təşkil etdiyi tədbirdə ətrafdakı insanlara şirniyyat paylayıb.

Davul-zurna sədaları altında rəqs edən qadın, uzun müddət davam edən hüquqi prosesin başa çatmasından məmnun olduğunu deyib.

dünyadan xəbərlər Türkiyə boşanma video

Mənbə: lent.az

Xəbər lenti