IMG-LOGO

Boşanmaq istəyən arvadını öldürüb intihar etdi

13 Jun 2026 15:35 4 baxış
IMG
3 1

Rusiyanın Orenburq vilayətində həyat yoldaşını öldürən və qızını ağır yaralayan Nikolay P. daha sonra intihar edib.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, onun meyiti Pisaryovka kəndi yaxınlığındakı meşəlik ərazidə aşkar edilib.

Bildirilir ki, ailə faciəsi ər-arvad arasında yaxınlaşan boşanma ilə bağlı yaranmış münaqişə zəminində baş verib. Rusiyalı kişi həyat yoldaşından ayrılmaq istəməyib və onu münasibətləri davam etdirməyə razı salmağa çalışıb.

Mübahisə zamanı o, qadına bıçaqla xəsarətlər yetirib.

Hadisəyə müdaxilə edərək anasını qorumağa çalışan qız da atasının hücumuna məruz qalıb. Kişi ona da bıçaqla xəsarət yetirib.

Hazırda yaralı qız reanimasiya şöbəsində müalicə alır.

Hadisə qətl intihar kriminal xəbərlər dünyadan xəbərlər

Mənbə: lent.az

Xəbər lenti