IMG-LOGO

Milyonlarla insanın yol verdiyi səhv: niyə jalüzləri tam bağlamaq olmaz?

13 Jun 2026 15:52 3 baxış
IMG
0 0

Qismən qaldırılmış jalüzlər otaqda hava dövranını yaxşılaşdırır, gecə sərinliyinin içəri daxil olmasına kömək edir və bununla yanaşı başqa üstünlüklərə də malikdir. Bir çox insan yatmazdan əvvəl yataq otağını işıqdan və kənar səslərdən qorumaq məqsədilə jalüzləri tamamilə bağlayır.

Lent.az xəbər verir ki, mütəxəssislər bu yanaşmanın həmişə keyfiyyətli yuxu və rahat oyanış üçün ən düzgün seçim olmadığını hesab edirlər.

Mütəxəssislər bildirilir ki, orqanizmin təbii şəkildə oyanması birbaşa səhər işığı ilə əlaqədardır. Gün işığı beyinə yeni günün başlandığı barədə siqnal göndərir və bunun sayəsində insanın oyanması asanlaşır, özünü daha tez gümrah hiss edir.

Əgər jalüzlər tam aşağı endirilərsə, otaq günəş doğduqdan sonra da qaranlıq qalır. Nəticədə, yuxudan ayılmaq çətinləşir və yorğunluq hissi daha uzun müddət davam edə bilər. Məhz buna görə mütəxəssislər jalüzlərin altında bir neçə santimetrlik kiçik boşluq saxlamağı tövsiyə edirlər. Bu, otağın səhərin ilk saatlarından etibarən tədricən təbii işıqla dolmasına şərait yaradır.

Bu üsulun digər üstünlüyü xüsusilə isti havalarda özünü göstərir. Qismən qaldırılmış jalüzlər hava dövranını yaxşılaşdırır və gecə sərinliyinin otağa daxil olmasına kömək edir. Eyni zamanda, gündüz saatlarında günəş şüalarının evi həddindən artıq qızdırmasının qarşısını almaq üçün jalüzləri mümkün qədər aşağı endirmək məsləhət görülür.

keyfiyyətli yuxu jalüzləri niyə tam bağlamaq olmaz

Mənbə: lent.az

Xəbər lenti