IMG-LOGO

Gəncədə 63 yaşlı kişi öldürüldü - YENİLƏNİB

12 Jun 2026 11:53 2 baxış
IMG
14 1

Gəncədə baş verən qətl hadisəsi zamanı bir nəfər bıçaq xəsarəti alıb.

APA-nın yerli bürosunun məlumatına görə, düşən dava zamanı qətlə yetirilən şəxsin oğlu 2005-ci il təvəllüdlü Elşən Əliyev bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, 2005-ci il təvəllüdlü şəxs (kişi) iyunun 12-də saat 00:40 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Sağ döş qəfəsinin kəsilmiş, deşilmiş yarası, sağ boyonun və sağ biləyin deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent ambulator müalicə üçün evə buraxılıb".

***

saat 00:11

Gəncədə qətl hadisəsi baş verib.

1963-cü il təvəllüdlü F. Əliyev bıçaqlanaraq qətlə yetirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 29 yaşlı Ramazan Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə, hər iki şəxs qohum olub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

gəncə qətl

Mənbə: lent.az

Xəbər lenti