IMG-LOGO

Qıllmanı bağışlasalar da həbsdən azad ola bilmədi

12 Jun 2026 12:10 2 baxış
IMG
0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə soyğunçuluq və quldurluq etməkdə təqsirləndirilənlər - Qılmanov Qılman və R.F-nin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, zərərçəkənlər məhkəməyə müraciət edərək, dəymiş ziyanın ödənildiyini və barışıq olduğunu bildiriblər.

Daha sonra dövlət ittihamçısı çıxış edərək, Qılmanov Qılmanovun 9 il, R.F-nin 7 il, 6 ay  müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi R.F-nin 7 il, 6 ay, Qılmanov Qılmanın 8 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

Xatırladaq ki, 13 aprel 2025-ci il tarixdə Qılman Qılmanov özgənin əmlakını ələ keçirmək məqsədi ilə yetkinlik yaşına çatmayan R.F-la  birlikdə Abşeron rayonu, Masazır qəsəbəsindəki köşkün qarşısına gələrək ətrafı müşahidə etməyə başlayıb. Bu zaman R.F da  köşkə daxil olaraq satıcı Ülvi Hüseynlinin içəridə olmasına əhəmiyyət verməyərək, kassadan köşk sahibi Əfqan Məmmədova məxsus 650 manat pulu ələ keçirib. Satıcı Ü. Hüseynli onu tutub qaçmağa qoymadıqda R.F üzərində olan mətbəx bıçağını Ü. Hüseynlinin qarnına dirəyərək hədələyib və ələ keçirdiyi pulu götürərək  köşkdən qaçıb. Bundan başqa Qılman Qılmanov 3 avqust 2025-ci il tarixdə Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən parkda tanışı Fərhad Nuriyevin əlində saxladığı 800 manat dəyərində olan  "Samsung Galaxy A 55" markalı telefonunu dartıb götürərək qaçıb. Faktla bağlı cinayət işi başlanıb, təqsirləndirilənlər CM-nin 181.2.1 (Quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 181.2.3 (yaşayış sahəsinə, habelə binaya anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildukdə) 181.2.5 ( silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə)  və 180.2.2 (Soyğunçuluq - təkrar törədildikdə)  maddələri ilə məsuliyyətə cəlb olunub.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti