Şəmkirdə qətl törədilib.
Lent.az-ın məlumatına görə, hadisə rayon ərazisində yerləşən kafelərin birində baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü F. Həsənov ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib və orada ölüb.
Araşdıma zamanı məlum olub ki, F. Həsənov aralarında yaranmış mübahisə zəminində həmyerlisi, 1997-ci il təvəllüdlü S. Tağıyev tərəfindən bıçaqlanıb.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində S. Tağıyev saxlanılaraq istintaqa təhvil verilib.
HadisələrMənbə: lent.az